Azər Əsgərov 200 manat cərimə olunub

Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8-də yerləşən evini AXCP-yə icarəyə vermiş Azər Əsgərov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramova bildirib.

Azər Əsgərov evini AXCP-yə icarəyə verdikdən bir neçə ay sonra evin zirzəmi hissəsində partlayış qeydə alınıb. Bundan sonra A.Əsgərovun özünün icazəsi olmadan  onun evi  də daxil olmaqla buna bütünlüklə sökülüb. Binada yaşayan sakinlərin hamısı yeni evlərlə təmin edilib. Yalnız A. Əsgərovun evinin əvəzində heç nə verilməyib. A.Əsgərovun şikayətləri də nəticəsiz qalıb.

A. Əsgərovun mülki işlər üzrə nümayəndəsi Namizəd Səfərov Turan-a bildirib ki,   A. Əsgərov şikayətinə baxılmaq üçün Nərimanov rayon 18-ci polis bölməsinə çağırılıb və orada     İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisə tabe olmamaq) maddələri ilə ittiham olunub.

330 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azər Əsgərov 200 manat cərimə olunub

25 Ağustos 2014

By
@
backtotop