Müxalifət və iqtidar təmsilçiləri həftə sonu görüşəcəklər

Bu həftənin sonuna kimi 8 müxalifət partiyası təmsilçilərinin iqtidar nümayəndələrilə görüşü nəzərdə tutulur. Bu haqda Turan-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmhamud Mirəlioğlu bildirib.

Onun sözlərinə görə, görüşdə siyasi məhbuslar məsələsinin müzakirəsi və müxalifətlə geniş və əhatəli dialoq başlanması təklifinin səsləndirilməsi  nəzərdə tutulur. M.Mirəlioğlu qeyd edib ki, görüş dekabrın 3-4-də keçirilməli idi, bu və ya digər səbəb üzündən bu həftənin sonuna təyin edilib. O, həftə sonu iqtidar nümayəndələrilə nəzərdə tutulan görüşə müxalifətlə iqtidar arasında dialoq başlanması kimi yanaşmanın səvh olduğunu deyib.

M.Mirəlioğlu müxalifət və iqtidar təmsilçiləri arasında görüşün keçirilməsi üçün müxalifət partiyalarının hələ bir ay öncə hakimiyyətə müraciət etdiyini nəzərə çatdırıb.

Görüşdə Klassik Xalq Cəbhəsi, Demokrat, Ümid, Azadlıq, Aydınlar, Liberal Demokrat, Böyük Azərbaycan və Vətəndaş və İnkişaf partiyaları təmsilçilərinin iştirakı gözlənilir.

305 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Müxalifət və iqtidar təmsilçiləri həftə sonu görüşəcəklər

11 Aralık 2014

By
@
backtotop