“Fairmont” otelində AXCP sədrinin avropalı deputatlarla görüşünə imkan verilməyib

017d5e775b3b
AXCP sədri Əli Kərimli ATƏT Parlament Assambleyasının keçirildiyi otelə buraxılmayıb. Musavat.com-un məlumatına görə, bu barədə Əli Kərimli Facebook-la yazıb: “Bildiyiniz kimi, ATƏT Parlament Assambleyasının iclasları Bakıda – onun ailəsinə məxsus olan “Fairmont” otelində (“Alov qüllələri”ndə) keçirilir. Parlament Assambleyasının bir neçə üzvü mənimlə görüşmək istəmişdilər. Bu məqsədlə məni onların tədbirinin keçirildiyi “Fairmont” otelinə dəvət etmişdilər. Ölkəmizə növbəti utanc gətirəcək hadisə də orada baş verdi.

Təhlükəsizlik qüvvələri 3 nəfər avropalı deputat və ATƏT katibliyinin nümayəndəsinin mənimlə otelin foyesində görüş keçirməsinə imkan vermədilər. Görüşümüzün dayandırılmasını tələb etdilər. Məni belə münasibət təəccübləndirməsə də, avropalı deputatlar qarşılaşdıqları hadisədən şoka düşmüşdülər. Onlar hökumətin mənə son 8 ildə pasport vermədiyini, partiyamızın dəfələrlə qərargahdan çıxarıldığını bilsələr də, görünür, bu qədərini gözləmirdilər. Xeyli mübahisə etdilər. Belə münasibətin qəbuledilməz olduğunu dəfələrlə vurğuladılar, xeyri olmadı. Bu dəfə də avropalı deputatlar bizim “təhlükəsizlik” qüvvələrini təəccübləndirdilər. Mənimlə birlikdə oteli tərk etdilər. Şəhərdə kafelərin birində görüşümüzü davam etdirdik. 2 saat ərzində hər şeydən danışdıq. Amma hiss edirdim ki, görüşümüzün sonuna qədər onlar oteldə üzləşdikləri hadisənin təsiri altındaydılar”.

337 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Fairmont” otelində AXCP sədrinin avropalı deputatlarla görüşünə imkan verilməyib

01 Temmuz 2014

By
@
backtotop