Polis “Azadlıq” qəzetinin aparıcı icmalçısını saxlayıb

Avqustun 29-da günorta polis “Azadlıq” qəzetinin aparıcı icmalçılarından biri olan Seymur Həzini saxlayıb.

“O, evdən çıxıb işə gedərkən polis onu saxlayıb və Abşeron rayon Polis İdarəsinə aparıb.

Saxlanma səbəbi məlum deyil, Seymurun telefonu bağlıdır”, deyə qəzetin redaktor müavini Rəhim Hacıyev Turan-a bildirib.

Qeyd edək ki, Seymur Həzi eyni zamanda İnternetdə yayımlanan “Azərbaycan saatı” adlı məşhur xəbər proqramının aparıcısıdır.

Öz növbəsində, Abşeron rayon polis idarəsindən Turan agentliyinə bildiriblər ki, oraya Seymur Həzi adlı şəxs gətirilməyib.

Bütün bunlar Seymur Həzinin başqa güc qurumunun işçiləri tərəfindən saxlanıla biləcəyini göstərir.

DİN-in mətbuat xidmətindən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Seymur Həzi hakimiyyətin daxili və xarici siyasətini kəskin şəkildə tənqid edib. Vəkil Eton Quliyev Turan-a Seymur Həzinin saxlanıldığını təsdiq edib. Onun sözlərinə görə, Həzi CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə ona telefonla Həzi özü və Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi bildirib.

Vəkil hələlik Həzinin konkret olaraq hansı əməllərdə ittiham olunduğunu bilmir.

221.3-cü maddə üzrə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

160 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Polis “Azadlıq” qəzetinin aparıcı icmalçısını saxlayıb

29 Ağustos 2014

By
@
backtotop