ADİHİ rəhbəri Əhməd Şahidov Latviya MSK sədri Arnis Cimdars ilə görüşüb və bu ölkənin seçki təcrübəsi ilə yaxından tanış olub
Latviyada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov May ayının 21-də Riqa şəhərində bu ölkənin Mərkəzi Seçki Komissiyasında olub və MSK sədri cənab Arnis Cimdars ilə görüşüb. ADİHİ rəhbəri ilə görüşdən məmnunluğunu ifadə edən cənab Arnis Cimdars Latviyanın seçki təcrübəsi haqqında geniş məlumat verib, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti və seçki hazırlıqları barədə danışıb. İndiyə kimi keçirdikləri seçkilərin gedişi barədə ADİHİ rəhbərinə məlumat verən MSK sədri keçmiş Sovet ölkələrinin seçki təcrübəsi ilə də yaxından tanış olduqlarını bildirib.
Bu ilin Noyabr ayında Azərbaycanda növbəti Parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdıran ADİHİ rəhbəri Əhməd Şahidov bu məqsədlə ADİHİ-nin müşahidə missiyası barədə danışıb və bu prosesdə Latviyanın seçki təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Qarşılıqlı fikir mübadiləsi ilə keçən görüş zamanı birgə əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri də müzakirə olunub.
Mövzu
Oxşar xəbərlərADİHİ rəhbəri Əhməd Şahidov Latviya MSK sədri Arnis Cimdars ilə görüşüb və bu ölkənin seçki təcrübəsi ilə yaxından tanış olub