Döyülən həkim polisə müraciət edib

hekimler“Bu gün saat 12.30 radələrində doğuş məqsədi ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına daxil olan Zərdab rayon sakini Qasımova Günel Fizuli qızının qeysəriyyə yolu ilə doğuş keçirməsinə qərar verilib.

Mən də xəstənin əməliyyat olunması üçün lazımı tədbirlərin görülməsinə tapşırıq verdim. Cərrahiyə otağının yaxınlığındakı otaqda digər xəstəni müayinə edərkən dəhlizdə səs-küy eşitdim. Cərrahiyə otağına yaxınlaşarkən əllərindəki xərəklə xəstəni gətirən 3-4 nəfərin əməliyyat otağının qapısını təpiklə vurduğunu, səs-küy saldığını gördüm, onlardan bu hərəkəti etməmələrini, səbrli olmalarını xahiş etdim. Əsəblərinə hakim olmayan xəstənin yaxınları isə xərəyi yerə qoyaraq mənə hücum etdilər, bir necə zərbə vurdular”.

Bunu Ucarda vəzifə borcunu yerinə yetirərkən xəstə yaxınları tərəfindən döyülən həkim Cavanşir Qədirov APA-nın yerli bürosuna açıqlamasında deyib.

Həkimin sözlərinə görə, yaxınlıqdakı şəxslərin köməkliyi ilə ona hücum edən xəstə yaxınları hadisə yerindən uzaqlaşdırılıblar.

“Mən baş verən xoşagəlməz hadisəyə məhəl qoymayaraq, vəzifə borcumu yerinə yetirdim, xəstəni əməliyyat etdim, onu və körpəsini ölümdən qurtardım. Əməliyyatdan sonra isə iş vaxtı vəzifə borcumu yerinə yetirərkən döyülməyimlə bağlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm” deyən C. Qədirov xəsarətlərlə əlaqədar hazırda ambulator müalicə aldığını da bildirib.

“Yeni Müsavat” qəzeti

317 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Döyülən həkim polisə müraciət edib

30 Mayıs 2014

By
@
backtotop