DİN-dən bloger Mehman Hüseynovun saxlanılması ilə bağlı açıqlama

13863220431359294018_ehsan_zahidov_
Daxili İşlər Nazirliyi bloger Mehman Hüseynovun bu səhər saxlanılmasına və Nəsimi Rayon Polis İdarəsinə aparılması ilə bağlı xəbərlərə münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun Musavat.com-a deyib ki, bloger şikayət əsasında saxlanılıb: “Mehman Hüseynov vətəndaşın şikayəti əsasında saxlanılıb. Vətəndaş öz şikayətində bildirib ki, M.Hüseynov onu hədələyib. Buna görə də, o, Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, izahat alınıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. Burada heç bir siyasi motiv yoxdur”.

Ehsan Zahidov onu da deyib ki, Mehman Hüseynov rəsmi bildirişlə polisə çatırılıbmış.

Qeyd edək ki, bloger Mehman Hüseynovun bu səhər saat 09.25-də naməlum adamlar tərəfindən oğurlandığı iddia edilirdi. Bu iddia ilə onun qardaşı çıxış etmişdi. Lakin bir qədər sonra məlum oldu ki, bloger polisə aparılıbmış.

319 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

DİN-dən bloger Mehman Hüseynovun saxlanılması ilə bağlı açıqlama

07 Temmuz 2014

By
@
backtotop