Vilayət Eyvazov baş redaktorun müraciətinə cavab verdi

imageDaxili işlər nazirinin müavini Vilayət Eyvazov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna məktub yazıb.

Məktubda deyilir:

“Yeni Müsavat” qəzetinin müxbiri Qasımov Fərahim İlqar oğlunu döyən şəxsin müəyyən edilməsinə köməklik göstərilməsi barədə müraciətinizə baxılmışdır.
Bildiririk ki, F.Qasımovun döyülməsi faktı üzrə Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılmış və keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı F.Qasımova xəsarət yetirmiş 1990-ci il təvəllüdlü Termişi Feyruz Heydərəli oğlu müəyyən edilərək tutulmuşdur. Hazırda cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində davam etdirilir”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu əməkdaşımız Fərahim İlqaroğlu yaşadığı binanın qarşısında vəhşicəsinə döyüləndən sonra Daxili İşlər Nazirliyinə cinayətkarların həbs olunması üçün tədbir görülməsi xahişi ilə müraciət etmişdi.

E.MƏMMƏDƏLİYEV

285 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vilayət Eyvazov baş redaktorun müraciətinə cavab verdi

31 Mayıs 2014

By
@
backtotop