ADİHİ: “Ölkənin yol-nəqliyyat sistemindəki problemlər həm sürücülərin, həm də sərnişinlərin hüquqlarının pozulmasına səbəb olur”

yol52014-cü ilin 5 ayında ölkədə 1000-dən çox yol-nəqliyyat hadisəsi baş verib ki, 500-ə yaxın insan həlak olub, 1000 nəfər isə müxtəlif növ xəsarət alıb

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatının sürətli inkişaf tempi ölkəyə daxil olan valyuta ehtiyyatlarının artmasına səbəb olmuşdur ki, bu da şəhərlərin böyüməsinə, yeni-yeni tikililərin, yolların və körpülərin, yeraltı və yerüstü keçidlərin inşasına səbəb olmuşdur. Son illər ölkənin yol-nəqliyyat sisteminin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmasına baxmayaraq, hələ də bu sahədə bir sıra problemlər qalmaqdadır.

yol6

Bu ilin Aprel ayından Azərbaycanda Avro-4 standartlarının tətbiq edilməsi ölkənin avtomobil bazarında, habelə ətraf mühitin mühafizəsində müsbət hal kimi qiymətləndirilir. Lakin bu, ölkədə yol-nəqliyyat sistemindəki problemlərin aradan qaldırılmasına müsbət təsir edə bilməyib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, bildiririk ki, mövcud problemlər həm sürücülərin, həm də sərnişinlərin hüquqlarının pozulmasına səbəb olur.

Sərnişinlərin və paytaxt sakinlərinin hüquqlarının pozulması əsasən aşağıdakı hallarda daha çox rast gəlinir:

  • sürücülük hüququ olmayan avtobus sürücülərinin xidmətə buraxılması yollarda qəzaların artmasına səbəb olur;
  • xüsusən də əyalətlərdə istismar müddəti keçmiş avtobusların marşruta buraxılması sərnişinlərin keyfiyyətli xidmət almaq hüququnu pozur;
  • sərnişindaşıma ilə məşğul olan şirkətlərin təhlükəsizlik qaydalarına riayət etməməsi – sərnişin dolu avtobusların yanacaqdoldurma məntəqələrinə daxil olmasına göz yumulması, sərnişin avtobuslarının bədbəxt hadisələrə qarşı avadanlıqlarla təchiz edilməməsi, sürücülərin normadan çox sərnişinləri avtobusa götürməsinə göz yumulması və s.;
  • müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların hələ də istifadəyə verilməməsi əlilliyi olan sərnişinlərin hüquqlarının pozulmasına gətirib çıxarır;
  • yollarda yeraltı və yerüstü keçidlərin kifayət qədər olmaması piyadaların hərəkət imkanlarını çətinləşdirir və ölümlə nəticələnən bədbəxt hadisələrin sayının çoxalmasına səbəb olur. Qeyd edək ki, 2014-cü ilin 5 ayı ərzində piyadaların vurulması ilə bağlı 400 bədbəxt hadisə qeydə alınmışdır ki, bu zaman 150 nəfər dünyasını dəyişmiş, 300 nəfər müxtəlif dərəcəli xəsarət almışdır;
  • görmə qabiliyyəti zəif olan piyadalar üçün sarı rəngli hərəkət zolaqlarının inşa edilməməsi məhdud qabiliyyətli vətəndaşların sosial təcridinə səbəb olur;
  • paytaxt Bakı şəhərində quraşdırılmış intellektual nəqliyyat sisteminin özünü doğrultmaması bu sahədə ciddi islahatların həyata keçirilməsini zəruri edir;

Yol-nəqliyyat sistemindəki mövcud problemlər sürücülərin də hüquqlarının pozulmasına səbəb olur:

  • Nəqliyyat Nazirliyi nəzdindəki Nəqlyyat Müfəttişliyinin əməkdaşları mütəmadi olaraq, sürücülərin hüquqlarını kobud şəkildə pozaraq, onlardan qeyri-qanuni vergi yığımı ilə məşğul olur, onların sənədlərini müsadirə edir, sürücülərə fiziki zor tətbiq edir və döyürlər;
  • Yol Patrul Xidməti əməkdaşlarının avtomobil sürücülərinə qarşı kobud rəftarı, qeyri-qanuni olaraq, sürücülərin sənədlərinin müsadirə edilməsi və onlarla qeyri-etik davranış mütəmadi hal almaqdadır;
  • yol hərəkət qaydalarını pozan sürücülərə qarşı qovma əməliyyatının həyata keçirilməsi həmin sürücü ilə yanaşı, yerli sakinlərin də həyatına təhlükə yaratmaqdadır;
  • son həftələrə qədər xüsusən də paytaxt Bakı şəhərində intensiv tıxacların yaranmasının əsas səbəblərindən biri kimi göstərilən parkinq probleminin həlli istiqamətində ciddi addımlar atılsa da, şəhərin müxtəlif yerlərində avtomobil dayanacaqları və park meydançaları inşa edilsə də, sürücülərin avtmobillərinin qeyri-qanuni evakuasiya edilməsi halları da qeydə alınmaqdadır;
  • ölkəyə gətirilən minlərlə “London” taksilərinin sərbəst fəaliyyət göstərməsi üçün digər fərdi taksi sürücülərinə qarşı maneələr törədilir, lisenziyaları olmasına baxmayaraq, onlar təqib olunur və cərimələnirlər.

yol7

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, Azərbaycanın yol-nəqliyyat sistemində Avropa standartlarına uyğun islahatların sürətləndirilməsini, vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə onlara göstərilən xidmətin daha rahat və təhlükəsiz səviyyəyə qaldırılmasını istəyir və bu sahədə mövcud problemlərin tezliklə aradan qaldırılacağına ümid bəsləyirik.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu
17 İyun 2014-cü il, Bakı şəhəri

350 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ: “Ölkənin yol-nəqliyyat sistemindəki problemlər həm sürücülərin, həm də sərnişinlərin hüquqlarının pozulmasına səbəb olur”

17 Haziran 2014

By
@
backtotop