Vətəndaş cəmiyyəti Hesablama Palatasını faydalı olmağa məcbur edə biləcəkmi?

Bina1
Bu gün FourSeasons otelində Avropa İttifaqının dəstəyi ilə “İctimai vəsaitlərə səmərəli nəzarət” layihəsinin yekunlarına həsr edilmiş konfrans keçirilib. Təşkilatçı 5 yerli QHT-dir.

Əsas suallar Hesablama Palatasına ünvanlanıb. Amma əgər yanvarda vətəndaş cəmiyyəti ilə dialoqda hüquq şöbəsinin müdiri Faiq Nəcəfov iştirak edirdisə, bu dəfə o da olmayıb. Qht-lər iradlarını özələri eşitməli olublar. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrulun sözlərinə görə, AHP-nin layihədə nominal iştirakı müsbətdir, çünki bu təşkilat Milli Məclisə hesabat verir, amma ictimaiyyət və jurnailstlərin sorğularna cavab vermir.

Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov qeyd edib ki, məqsəd audit struturlarını qabaqcıl dünya təcrübəsi ilə tanış etməkdir. Bundan başqa, QHT-lərin tövsiyələri müzakirə olunmalıdır. Azərbaycanda büdcə vəsaitlərinin auditini iki təşkilat aparır. Hökuməti Maliyyə Nazirliyi yanında Dövlət Nəzarəti Agentliyi, cəmiyyəti AHP təmsil edir.

İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, büdcə gəlirləri artanda onlara təkcə hökumət və Milli Məclis yox, cəmiyyət də nəzarət etməlidir. Hesablama Palatası QHT-lər, KİV, prokurorluq, Auditorlar Palatası ilə əməkdaşlıq etməlidir. «Təəssüf ki, Neft Fondunun, ARDNŞ-nin, Satınalmalar üzrə Dövlət Agentliyinin auditi MM-in nəzarətindən çıxarılıb. O, Nəqliyyat Nazirliyi, FHN, DİN, MN və başqa “balinaların” xərclərinə nəzarət etmir. Hesablama Palatası abstrakt press-relizlər yazır, kiçk maliyyə pozuntuları ilə bağlı materialları nəzarət orqanına göndərir», – deyə o, Turan-a bildirib.

Parlament şəffaflıq haqda qanun layihəsinə baxmağa hazır olmalıdır. Qanunda isə oğru məmurlara şərait yaradan boşluqlar olmamalıdır, – deyə İbadoğlu bildirib.

232 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vətəndaş cəmiyyəti Hesablama Palatasını faydalı olmağa məcbur edə biləcəkmi?

12 Haziran 2014

By
@
backtotop