Derek Hoqan QHT-lərə qarşı cinayət işi və Dağlıq Qarabağdan danışıb

“Biz Azərbaycan hökuməti ilə üç əsas sahədə əməkdaşlıq edirik. Bunlardan enerji sahəsidir ki, Azərbaycan bu sahədə çox fəal işləyir, əməkdaşlıq edir, töhfə verir. İkincisi təhlükəsizlik sahəsidir. Buraya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin nizamlanması da daxildir. Üçüncü və digər iki sahə ilə eyni dərəcədə əhəmiyyət kəsb edən iqtisadi və siyasi sahədə islahatların aparılmasıdır ki, biz bu sahədə də Azərbaycan hökuməti və müvafiq təşkilatlarla birgə əməkdaşlıq edirik”. Bu barədə ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan Turan-ın Azərbaycanda insan hüquqları sahəsində son durum və QHT-lərə qarşı cinayət işi ilə bağlı sualının cavabında bildirib.

O, ABŞ-ın Azərbaycanda yeni səfiri Robert Sekutanın təyinatının olduğunu və Senatda  təsdiqinin gözlənildiyini bildirib. “Biz də bunu səbirsizliklə gözləyirik”, deyə o, suala cavabda qeyd edib.

Müvəqqəti işlər vəkili cəbhədə Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin vurulması ilə bağlı suala cavabda deyib ki, helikopterin vurulması barədə ABŞ Dövlət Departamentinin sözçüsü, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri ötən həftə bəyanatlar verib. “Biz helikopterin vurulmasına gətirib çıxaran hadisələrin baş verməsinə görə təəssüflənirik. Biz münaqişə tərəflərini yenidən münaqişənin dinc yolla nizamlanmasına öz diqqətlərini yönəltməyə çağırırıq.  Prezidentlərin Soçi və dövlət katibi Con Kerrinin iştirakı ilə Uelsdə, ən son isə Parisdə Fransua Ollandın iştirakı ilə görüşlərində müəyyən irəliləyişlər, razılaşmalar əldə olunub. Biz tərəfləri həmin əldə olunmuş irəliləyişləri və razılaşmaları davam etdirməyə və bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq”, deyə o qeyd edib.

334 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Derek Hoqan QHT-lərə qarşı cinayət işi və Dağlıq Qarabağdan danışıb

20 Kasım 2014

By
@
backtotop