“Azərbaycan Dağlıq Qarabağdakı bütün dağıdılmış tarixi abidələri, məscid və kilsələri bərpa edəcək” – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

Erməni işğalından qurtarılan Dağlıq Qarabağ və digər ərazilərdə böyük tikinti-inşaat və bərpa işləri həyata keçiriləcək. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev artıq ilk sərəncamını da imzalayıb. Dağlıq Qarabağda son 30 ildə dağıdılan bütün tarixi-memarlıq abidələri, məscid və kilsələr, o cümlədə yaşayış evləri və infrastruktur xidmətləri yenidən bərpa ediləcək.

Bununla bağlı TRT Arabia Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov ermənilərin Azərbaycanın tarixi-mədəni irsini məhv etdiyini bildirib: “Lakin Azərbaycan işğaldan qurtulan ərazilərdəki bütün abidələri, məscid və kilsələri yenidən bərpa edəcək. Dağlıq Qarabağın tarixi-mədəni gözəlliyi özünə qaytarılacaq. Dağlıq Qarabağ yenidən dünya turizminin mərkəzinə çevriləcək.”

227 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Azərbaycan Dağlıq Qarabağdakı bütün dağıdılmış tarixi abidələri, məscid və kilsələri bərpa edəcək” – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

20 Kasım 2020

By
@
backtotop