“Fransa Senatının son qərarı çarəsizliyin və çaşqınlığın nəticəsidir” – Əhməd Şahidov ON4 Televiziyasına danışıb

Ötən gün Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarətinə keçməsi Azərbaycanda növbəti qələbə günü kimi qeyd olunmaqdadır. Ermənistan isə artıq öz məğlubiyyətini qəbul edib. Lakin bəzi Qərb ölkələri, xüsusən də Fransa bu müqaviləni pozmağa yönəlik bəzi təxribat xarakterli addımlar atmağa çalışırlar. Ötən gün Fransa Senatının “Dağlıq Qarabağın müstəqil ölkə” kimi tanınması ilə bağlı Fransa hökumətinə tövsiyyə qərarı buna misaldır. Heç bir hüquqi çəkisi olmayan bu sənədin əslində Fransanın beynəlxalq hüquqa və özünün də tərəfdar olduğu qanunlara zidd siyasətinin nəticəsidir.

Bu məsələ ilə bağlı Türkiyənin ON4 Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiçisi Əhməd Şahidov Fransanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olduğunu xatırladaraq, Fransa Senatının bu qərarının bütün beynəlxalq qərarlara zidd olduğunu və Fransanın dünyadakı imicinə xələl gətirəcəyini qeyd edib.

228 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Fransa Senatının son qərarı çarəsizliyin və çaşqınlığın nəticəsidir” – Əhməd Şahidov ON4 Televiziyasına danışıb

26 Kasım 2020

By
@
backtotop