“Ağdam şəhəri də yenidən bərpa ediləcək və Qarabağın incisinə çevriləcək” – Əhməd Şahidov TRT World Televiziyasına danışıb

Bugün Azərbaycanda növbəti qələbə qeyd olunmaqdadır. Çünki, 27 ildən sonra Ağdam şəhəri Azərbaycana qaytarıldı. 10 Noyabrda imzalanmış müqaviləyə görə, Ağdam şəhəri 20 Noyabr tarixinə qədər Azərbaycan tərəfinə təhvil verilməli idi və bugün Ağdam Azərbaycan ordusunun nəzarəti altına keçdi. Rus sülhməramlılarının nəzarəti altında erməni hərbçiləri və digər mülki ermənilər Ağdamdan çıxarıldı və şəhər tamamilə Azərbaycanın nəzarətinə keçdi.

Dünəndən etibarən Ağdamın geri qaytarılması Azərbaycanda qələbə günü kimi qeyd olunmaqdadır.

Hazırda Ağdam sakinləri azad olunmuş ərazilərə yaxın bölgələrdə toplaşır və əllərində Türkiyə-Azərbaycan bayraqlarını tutaraq bayramı qeyd edirlər.

Bununla bağlı TRT World Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, 27 ildən sonra Ağdam şəhərində ilk dəfə azan səsi eşidilib: “Azərbaycan dövləti Ağdam şəhərini də bərpa edəcək. Əlbəttə, geniş miqyaslı işlər görüləcək burada. Şəhərin baş planı hazırlanacaq və təcrübəli mütəxəssislər bu işə cəlb olunacaq. İnfrastruktur layihələri, ofis binaları, sosial təsisatlar, yollar qurulacaq və digər zəruri işlər ardıcıl şəkildə həyata keçiriləcək. Azərbaycan dövləti vətəndaşların o ərazilərə geri dönməsinə dəstək göstərəcək. Ağdam şəhərinin bərpa olunması Azərbaycanın xüsusi diqqətindədir, çünki bu rayon həm ərazisinə, həm də əhalisinin sayına görə böyük bir inzibati ərazi vahididir”

224 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Ağdam şəhəri də yenidən bərpa ediləcək və Qarabağın incisinə çevriləcək” – Əhməd Şahidov TRT World Televiziyasına danışıb

21 Kasım 2020

By
@
backtotop