Petro Poroshenko and içdi

porosenkoKiyevdə andiçmə mərasimi ərəfəsində Ukrayna hökumət qüvvələrinin Slavyansk və Donetskdə Rusiyameylli separatçılara qarşı mübarizəsi davam edib.
 
İnauqurasiyada Ukraynanın keçmiş üç prezidenti – Leonid KravchukLeonid Kuchma və Viktor Yushchenko, Belarus prezidenti Alyaksandr Lukashenka, ABŞ-ın vitse-prezidenti Joe Bidendə iştirak edib.
 
Petro Poroshenko bildirib ki, Ukraynaya sülh, təhlükəsizlik və birlik lazımdır. O deyib ki, tezliklə Ukraynanın şərqinə – Donbasa gedib yerli hakimiyyətin səlahiyyətlərinin artırılması və rus dilinin statusunu müzakirə etmək istərdi.
 
Poroshenko üsyançıları silahı yerə qoymağa, əllərini qana batırmamağa çağırıb. Deyib ki, ölkəni təhlükəsiz tərk etmək üçün onlara dəhliz verilə bilər.
 
Ukrayna prezidenti Ukraynanın Avropaya inteqrasiya siyasəti yürüdəcəyini bir daha bəyan edib. Deyib ki, o, Avropa Birliyi ilə Azad Ticarət Sazişini imzalamağa hazırdır. Poroshenko əlavə edib ki, Ukrayna Avropa Birliyinin üzvü olacaq və onun bu seçiminə heç kəs «veto» qoya bilməz.
 
Poroshenko çıxışında vurğulayıb ki, Rusiyanın işğal etdiyi Krım Ukraynanın torpağı olub və olacaq da.
 
Bu günlərdə Avrasiya İttifaqına qoşulmuş Belarus prezidenti Alyaksandr Lukashenka Poroshenko-nun Krımla bağlı dediklərini ayaqüstə və alqışlarla qarşılayıb.

260 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Petro Poroshenko and içdi

07 Haziran 2014

By
@
backtotop