Rusiya Krımın ilhaqı ilə barışmayan Krım tatarlarını terrorçu sayır

krimRusiyanın ilhaq etdiyi Krımda terrorçuluqda ittiham etdiyi Krım tatarlarının mənzil və evlərində kütləvi axtarışlar başlanıb. Krım-tatar Xalq Məclisinin mətbuat katibi Əli Hamzin bu haqda Türkiyə saytlarına bildirib.

“Ə.Hamzin Krm tatarlarının həyatının təhlükədə olduğunu deyib. Bu günlərdə Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun evində razılığı olmadan axtarış aparılıb. Bu gecə saatlarından isə Krım tatarlarının evlərində kütləvi axtarışlar aparılır və Krım tatarlarına qarşı terrorçu ittihamı irəli sürülür.

Ə.Hamzin bu günlərdə 150-yə yaxın Krım tatarının bu ittihamla istintaqa çağırıldıqlarını nəzərə çatdırıb. Bu şəxslərin əl izləri götürülüb və məscidə getmələrinin səbəbi soruşulub.

Ə.Hamzin Krım tatarlarının təhlükəsizliyinin beynəlxalq ictimaiyyət və güclər tərəfindən qorunmalı olduğunu xüsusi vurğulayıb. Bu təhlükəsizliyin təmin olunmasına görə Rusiya ilə yanaşı Budapeşt Memorandumunu icra edənlərin də məsuliyyət daşıdıqları nəzərə çatdırılıb.

335 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Rusiya Krımın ilhaqı ilə barışmayan Krım tatarlarını terrorçu sayır

05 Haziran 2014

By
@
backtotop