Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqı ilə tarixi sazişləri

Sergei Stanishev at the EC
İyunun 27-də Brüsseldə Ukrayna Avropa İttifaqı ilə assosiaiya sazişinin iqtisadi hissəsini imzalayacaq. Sammitin əsas hissəsi bu gün səhər başlayıb.

Aİ liderləri səhər saat 8:00-dan Aİ Şurasının binasına gəlməyə başlayıblar. UNİAN xəbər verir.

Gündəliyə əsasən öncə Gürcüstan, Moldova, sonra da Ukrayna ilə assosiasiya haqqında saziş imzalanacaq.

Xatırladaq ki, Aİ-nin ikigünlük sammiti iyunun 26-da axşam başlayıb. Nahara qədər sammit iştirakçıları Ukrayna prezidenti Pyotr Poroşenkonu dinləyiblər. O, ölkədəki vəziyyət barədə ətraflı danışıb və Ukraynanın şərqində vəziyyəti qiymətləndirib. Bu, vacib idi, çünki yaxın günlərdə və saatlarda Rusiyaya qarşı sanksiyanın üçüncü mərhələsinə keçid barədə qərarın qəbul olunması Ukraynada hadisələrin inkişafından asılıdır. Söhbət faktiki iqtisadi və maliyyə embarqosundan gedir.

Martın 21-də Ukrayna və Aİ assosiasiya haqqında sazişin siyasi hissəsini imzalayıb. Saziş Ukraynanın Aİ ilə siyasi assosiasiyasını və iqtisadi inteqrasyasını nəzərdə tutur.

Ukrayna Ali Radası tərəfindən qısa müddətdə saziş ratifikasiya olunarsa sənəd Aİ-nin 27 üzvünün ratifikasiyası olmadan tətbiq edilə bilər ki, bu da bir neçə il çəkə bilər.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Aİ-nin Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya haqqında sazişin imzalanmasını tarixi adlandırıb.

“Bu, həmin ölkələr üçün tarixi məqamdır. Bütün çətinliklərə baxmayaraq, biz Ukrayna, Moldova və Gürcüstanla saziş imzalayacağıq. Mən inanıram ki, bu qələbə vəziyyəti təkcə bütün ölkələr üçün yox, həm də bütün Avropa üçündür”, – o vurğulayıb.

303 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqı ilə tarixi sazişləri

27 Haziran 2014

By
@
backtotop