Azərbaycanın vətəndaş cəmiyyəti Ukraynanı dəstəkləyir

1337918
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri bazar günü Kiyevdə xalq yığıncağının iştirakçılarına müraciətdə Ukrayna xalqının azadlıq uğrunda mübarizəsi və Rusiyanın təcavüzünün dəf edilməsində yenilməzliyi ilə həmrəy olduqlarını bildiriblər.

Toplaşanlara Bakıdan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, Müsavat Partiyasının sədri İsa Qəmbər və başqaları müraciət ediblər.

L.Yunus xatırladıb ki, 73 il öncə iyunun 22-də səhər saat 4:00-da faşist Almaniyası Kiyevi bombalayıb. Bu gün isə 21-ci əsrdə Ukrayna Rusiyanın təcavüzünə məruz qalıb.

L.Yunus əmin olduğunu bildirib ki, İkinci Dünya Müharibəsində olduğu kimi, indi də ukraynalılar hazırkı vəziyyətdən qalib çıxacaqlar.

İ.Qəmbər deyib ki, Azərbaycan xalqı Ukrayna hadisələrini, Krımın anneksiyasını xüsusi narahatlıqla qarşılayır, çünku özü də qonşusu tərəfindən təcavüzə məruz qalıb. Rusiyanın dəstəyi ilə Azərbaycan torpağının – Qarabağın bir hissəsi işğal edilib.

O da həmçinin Ukraynanın avrointeqrasiya yolunda, həm də demokratik, azad dövlət quruculuğunda qələbəsinə əmin olduğunu bildirib.

“Azərbaycan xalqı sizinlədir. Eşq olsun Ukraynaya!”, – Turan agentliyinin studiyasından toplaşanların müraciəti səslənib.

335 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanın vətəndaş cəmiyyəti Ukraynanı dəstəkləyir

23 Haziran 2014

By
@
backtotop