Yanvar-may aylarında 38 hərbçi dünyasını dəyişib

herbci2014-cü ilin yanvar-may aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda insan itkisi 38 nəfər təşkil edib.  Ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyasını dəyişənlərin 8-i  döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 27-i qeyri-döyüş itkisidir. Bu barədə Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatında deyilir.

Xəbərdə bildirilir ki,  6  nəfər avtoqəzadan,  1nəfər naməlum səbəbdən,  4  nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərdən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 33-ü Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (63 nəfər), onların 15-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 10-u erməni gülləsindən, 8 nəfər mina partlayışından,  2 nəfər təlimdə, 21-i isə avtoqəza nəticəsində, 1 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı) yaralanıb və ya xəsarət alıb. 1 nəfər zəhərlənib. 55 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 4 nəfər Daxili Qoşunlar, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib. Ötən dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).  Ümumilikdə, aprelin 30-na olan məlumata görə, Azərbaycanda bir erməni əsir və 5 mülki şəxs saxlanılır.

314 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Yanvar-may aylarında 38 hərbçi dünyasını dəyişib

03 Haziran 2014

By
@
backtotop