Leyla Yunus: “Məni həbs etmək istəyirlər”

leyla_yunusHüquq müdafiəçisi Leyla Yunus ictimaiyyətə müraciət edərək hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərin davam etdiyini bildirib.

“Mayın 30-da saat 15:00-dan sonra polislər N.Nərimanov (keçmiş sovetski) prospekti, 125-də yerləşən mənzilimə hücum edə bilər. Onlar məni həbs etmək istəyirlər. Sizin hüquqlarınız pozulanda, sizə qarşı zorakılıq olanda mən həmişə sizə kömək etmişəm. İndi də xahiş edirəm ki, Sovetski məhəlləsinə çıxıb bu polisləri “alqışlayasınız”, – onun  müraciətində deyilir.

Ötən gün Baş Prokuroruluğun müstəntiqi Ləmbəranski L.Yunusu bəzi QHT-lərin fəaliyyətinin araşdırılması üzrə dindirməyə dəvət edib. Lakin o getməkdən imtina edərək özünün və həyat yoldaşının bir ay öncə qanunsuz olaraq götürülmüş pasportlarının qaytarılmasını tələb edib. Bu gün prokurorluq və polis L.Yunusu zorla dindirməyə apara bilər.

310 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunus: “Məni həbs etmək istəyirlər”

31 Mayıs 2014

By
@
backtotop