Rəsul Cəfərov həbsdə qalıb

Nəsimi rayon məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə çərşənbə günü hüquq müdafiəçisi Rəsul Cəfərov barədə həbs qət-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxıb.

Vəkil Fariz Namazlı Turana vəsatətin təmin olunmadığını bildirib.

Onun sözlərinə görə, qarşı tərəfin əsas arqumentləri bundan ibarət olub ki, Rəsul Cəfərov istintaqdan qaçıb gizlənə və ya sübutları saxtalaşdıra billər.

Prosesdə çıxış edən R. Cəfərov  ittiham tərəfinin  arqumentlərinin heç bir əsası olmadığını və hüquq müdafiə fəaliyyətinə görə həbsə alındığını bəyan edib.

Vəkil F. Namazlı qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki  Nəsimi rayon məhkəməsinin qərarı ilə R.Cəfərov barəsində  3 aylıq həbs qəti imkan tədbiri seçilib. Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsi hüquq müdafiəçisinə cinayət məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.R. Cəfərov özünü günahkar hesab etmir.Amnesty İnternational Rəsul Cəfərovu vicdan məhbusu elan edib.

315 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Rəsul Cəfərov həbsdə qalıb

20 Ağustos 2014

By
@
backtotop