Leyla Yunus təkrar istintaqa niyə çağrılıb? – Təfərrüat

leyla_yunus“Leyla Yunusun növbəti dəfə istintaqa çağırılması Ruaf Mirqədirov məsələsi ilə bağlı yox, beynəlxlaq donorlardan alınan qrantlarda vergidən yayınma faktları üzrə aparılan araşdırmalara görədir”.
Bunu Aktual.az-a vətəndaş cəmiyyətinin nümayəndəsi Yeganə Hacıyeva deyib.
Yeganə Hacıyeva bildirib ki, vergidən yayınma ilə bağlı prokurorluq tərəfindən aparılan yeni araşdırmalar zamanı istintaqa bir neçə QHT və jurnalistlərin də cəlb olunacağı gözlənilir:
“Leyla xanım da Amerika və Avropadan aldığı qrantlara görə ifadə verməyə çağırılıb. Elə buna görə də, bu yaxınlarda jurnalist Aynur İmranovanın bank hesabına həbs qoyulmuşdu. Yəni gözlənilir ki, yeni repressiya dalğasında bir neçə jurnalist və QHT rəhbəri həbs olunsun”.
Onun sözlərinə görə, bu gün Leyla Yunusun evinə Ağır Cinayətlər üzrə İstintaq İdarəsindən nümayəndə gəlib:
“O, Leyla Yunusa istintaq idarəsinə gedib ifadə verməyi təklif edib. Leyla Yunus isə qapını açmamışdan əvvəl soruşub ki, siz pasportu gətirmisiz? Çünki bu gün səhər saatlarında müstəntiq İbrahim Ləmbəranski onu İstintaqa çağıranda Leyla xanım pasportsuz ifadə verməyəcəyini bildirmişdi. Prokurorluğun əməkdaşı isə Leyla Yunusa “yox” cavabı verdiyindən təbii ki, Leyla xanım onlara qapını açmayıb. Qeyd edim ki, prokurorluğun əməkdaşı Leyla Yunusun sabah saat 14:00-da, məcburi qaydada, istintaq idarəsinə aparılacağını deyib”.
304 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunus təkrar istintaqa niyə çağrılıb? – Təfərrüat

30 Mayıs 2014

By
@
backtotop