İsmayıllı hadisələri üzrə apellyasiya şikayətinə baxılması avqustun 12-nə keçirilib

062000082114
İsmayıllı hadisələri üzrə mühakimə olunanların apellyasiya şikayətinə baxılması avqustun 12-dək təxirə salınıb. Bu barədə Turan-a Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun vəkili Nemət Kərimli bildirib.

Xatırladaq ki, 2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar ittiham olunan 18 nəfərə hökm oxunub.

REAL hərəkatının lideri İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Digər 8 nəfər 8 ilədək azadlıqdan məhrum edilib. Bu sayda müttəhim isə şərti olaraq azadlıqdan məhrum edilib.

Mayın 20-də Şəki Apellyasiya Məhkəməsində iş üzrə ilkin iclas keçirilib və mahiyyəti üzrə dinləmələr iyunun 5-nə təyin edilib. Lakin sonradan hakim dinləmələri qeyri-müəyyən vaxtadək təxirə salıb.

247 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İsmayıllı hadisələri üzrə apellyasiya şikayətinə baxılması avqustun 12-nə keçirilib

20 Haziran 2014

By
@
backtotop