Orxan Zeynalovun işi üzrə proses başladı

3386ec44e4c06211ca4850d97360de57
Ona azərbaycanlı vəkil təyin olunub, barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. O.Zeynalov hazırlıq iclasının keçirildiyi məhkəmə binasına əllərində xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib. Məhkəmə binası ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb. O. Zeynalov məhkəmə zalında dəmir barmaqlıqlar arasında oturdulub. Rusiya mətbuatı məhkəməyə böyük maraq göstərir. Media nümayəndələrinə ancaq məhkəmə başlanan zaman görüntülər çəkməyə imkan yaradılıb. Proses qapalı keçirilir. O.Zeynalov 2 vəkillə təmin olunub. Prosesdə Orxan Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin noyabrın 30-dək uzadılması barədə qərar qəbul edib. Bildirilib ki, təqsirləndirilən şəxsin yeni təyin olunan azərbaycanlı vəkili Abbasmirzə Abdullayev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə proses iyunun 19-u saat 11-dək təxirə salınıb.
O.Zeynalovun Azərbaycanın Şəmkir rayonunda yaşayan qohumları “Yeni Müsavat”a deyiblər ki, Rusiya paytaxtında keçirilən proses haqda məlumatsızdırlar: “Bizə bu haqda məlumat verilməyib. Orxanın bu məsələdə günahkar olduğunu düşünmürük. Yeqor Şerbakovun ailəsinə, yaxınlarına da səbr diləyirik. Ümid edirik ki, məhkəmə ədalət prinsiplərinə sadiqlik nümayiş etdirəcək və müvafiq qərar verəcək”.
O.Zeynalovun yaxınları maddi durumlarının Moskva şəhərinə gedib prosesi izləməyə imkan vermədiyini də söylədi: “Azərbaycan dövləti bu məsələ ilə məşğuldur. Biz dövlətimizə arxayınıq”.
Təqsirləndirilən şəxsin yaxınları Azərbaycanın Rusiyadakı səfirliyindən narazılıqlarının olmadığını söyləməklə yanaşı onlara O.Zeynalovla bağlı bilgi verilmədiyini də dilə gətiriblər.
Xatırladaq ki, cinayət işinin istintaqını aparan müstəntiqlər Orxan Zeynalovun Yeqor Şerbakovun qətlində iştirakının sübuta yetirildiyi qənaətinə gəliblər. İstintaqın versiyasına əsasən 2013-cü ilin oktyabrın 10-da sərxoş vəziyyətdə olan Orxan Zeynalov əhəmiyyətsiz səbəbi bəhanə edərək 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu bıçaqla qətlə yetirib. İstintaqla müəyyən olunub ki, bıçaq yaralarından başqa Orxan Zeynalov əlləri ilə Y. Şerbakova azı 20 dəfə zərbə endirib.
Qeyd edək ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.

E.MƏMMƏDƏLİYEV

327 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Orxan Zeynalovun işi üzrə proses başladı

18 Haziran 2014

By
@
backtotop