Məhkəmə Emil Məmmədov barəsində qətimkan tədbirini dəyişmədi

emil_memmedovİyunun 11-də Salyan rayon məhkəməsi “Demokratiyaya yardım” QHT-nin rəhbəri, yerli hüquq müdafiəçisi Emil Məmmədov barəsində həbs qətimkan tədbirini dəyişmədi

Məhkəmə qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyib, bu barədə Siyasi Məhbuslar İctimai Alyansı məlumat yayıb.

Xatırladaq ki, Məmmədov mayın 13-də zorla pul tələb etmək ittihamı ilə həbs edilib.

* “Demokratiyaya yardım” QHT cənub bölgəsində ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir. Onun rəhbəri Məmmədov dəfələrlə rayon hakimiyyət qurumlarında korrupsiya faktlarını ifşa edib, habelə yerli sakinlərin vətəndaş hüquqlarını müdafiə edib.

Bu QHT Mədən Sənayesinə Vətəndaş Nəzarəti Şəbəkəsinin bir sıra layihələrində iştirak edib. Bütün bunlar yerli hakimiyyəti qıcıqlandırıb və fəala qarşı qarayaxma kampaniyası başlanaraq, o, dövlət əleyhinə fəaliyyətdə ittiham olunub. 

252 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhkəmə Emil Məmmədov barəsində qətimkan tədbirini dəyişmədi

12 Haziran 2014

By
@
backtotop