Leyla Yunus Repressiyalara Müqavimət Mərkəzi yaratdığını elan etdi

leyla_yunusHüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus qurumun ofisində ölkədəki mövcud hüquq müdafiə sisteminin yararsızlığı barədə mətbuat konfransı keçirib.

L.Yunus indiyə qədər ölkədə mövcud olan hüquq müdafiə sisteminin insan haqlarının qorunmasında təsirli rola malik olmadığını söyləyib. Bu məsələdə ölkədəki hüquq müdafiəçilərinin və o cümlədən özünün də günahı olduğunu söyləyib. Mübarizə aparılmasına baxmayaraq, ölkədə ilbəil siyasi məhbusların sayının artmasını həmin hüquq-müdafiə sisteminin yararsızlığının göstəricisi adlandırıb. Hazırda ölkədə 130 nəfər siyasi məhbus olduğunu bildirib.

L.Yunus indiyə qədərki hüquq müdafiə sisteminin dövlət başçısı İlham Əliyevi tənqid etməmək, hökuməti vətəndaş cəmiyyəti institutları ilə dialoqa dəvət emək, məhbusları əfv fərmanı verilərkən siyasi məhbusların azad ediləcəyinə inandıraraq sakitliyə dəvət etmək kimi taktikasını yanlış və mənasız adlandırıb. Son əfv fərmanına olan ümidlərin doğrulmamasını gözlənilən sayıb.

Bundan irəli gələrək, L.Yunus hüquq müdafiə sisteminə təklif etdiyi yeni fəaliyyətin strategiyası olaraq hökumətə əyilməmək prinsipi bəyan edib. “Hökumətə barışdırıcı müraciət etməyin, o şey ki, qanuni haqqındır, onu tələb et”, – deyə hüquq müdafiəçisi sovet dissident generalı Qriqorenkodan sitat gətirib.

Bundan əlavə, bu sahədə real addımlar ata bilmək üçün SDİ rəhbəri qurum daxilində Repressiylara Müqavimət Mərkəzi (RMM) yaratdığını elan edib. O, keçmiş siyasi məhbusları, siyasi məhbusların ailə üzvlərini Mərkəzdə iştiraka dəvət edib. Hüquq müdafiə sistemində taktiki gedişlərin hazırlanması üçün ilk iclas 2014-cü il iynun 11-i saat 14:00-a təyin olunub. L.Yunus ilk iclasın bu tarixə salınmasının da təsadüf olmadığını deyib. Məhz həmin gün ABŞ Helsinki Komissiyasının Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirəcəyini nəzərə çatdırıb. Bununla yanaşı, SDİ-nin həmin dinləmələrə Azərbaycanda insan haqlarının durumuna dair  izahlı qeydlər göndərdiyini nəzərə çatdırıb.

L.Yunus Mərkəzin yaradılması səbəblərinə də aydınlıq gətirib. Ölkədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin müstəqil olmadıqlarını, istintaqların isə saxtalaşdırıldığını nəzərə çatdırıb. “Hüquq-mühafizə orqnaları qanuna yox, əmrə, siyasi iradəyə tabedir, belə olan halda bu qanunsuzluğa qarşı müqavimətdən başqa bir yol qalmır”, – deyə L.Yunus qeyd edib.

QHT rəhbəri Anar Məmmədlinin, blogerlərin, “İsmayıllı hadisə”lərində həbs edilənlərin işində hər-hansı cinayət tərkibi olmadığı vurğulanıb. Bu həbslər sadəcə  hüquq-mühafizə orqanları və məhkəmələrin fəaliyyətlərinin yaramazlığının nəticəsi adlandırılıb. Belə saxta istintaqlara və əsassız məhkəmə qərarlarına qarşı mübarizə aparmağın əsaslı oldğu nəzərə çatdırılıb.

L.Yunus tanınmış jurnalist Rauf Mirqədirovla bağlı cinayət işinə cəlb olunması məsələsi ətrafında duruma da toxunub. Özünün və həyat yoldaşı Arif Yunusun pasportlarının hələ də qaytarılmadığını, bank hesablarında olan pulları götürə bilmədiklərini, daimi izləməyə məruz qaldıqlarını nəzərə çatdırıb.

305 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunus Repressiyalara Müqavimət Mərkəzi yaratdığını elan etdi

10 Haziran 2014

By
@
backtotop