“Mc Donalds“ istehlakçının hüquqlarını pozduğunu etiraf etdi

Mc_Donaldsİyunun 4-ü saat 16:00-da Nəsimi Rayon Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Rolan Məmmədovun “Mc Donalds” restoranlar şəbəkəsinə qarşı iddiası əsasında növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə Aktual.az-a Rolan Məmmədovun vəkili Anar Qasımlı məlumat verib.
Onun sözlərinə görə, nəhayət ki, uzun sürən prosessual çəkişmədən sonra işə mahiyyəti üzrə baxılmağa başlanılıb:
“Məhkəmə iclasında həm biz, həm də qarşı tərəf vəsadətlərini verdilər. Onu da qeyd edim ki, qarşı tərəf də Rolan Məmmədova iddia qaldırıb. Onlar işguzar nüfuza dəymiş zərərə görə 341 min manat, əlavə olaraq, 10 min manat cərimə və 17 min manat da vəkil haqqı tələb edirlər. Bundan başqa, mətbuata təkzib verilməsini də əsas tələb kimi irəli sürürlər. Amma dünən elə özləri öz iddialarını təkzib etdilər”.
Anar Qasımlı deyib ki, sualları cavablandırarkən qarşı tərəfin nümayəndəsi etiraf etdi ki, qeyd edilən tarixdə Rolan Məmmədov “Mc Donalds” restoranına gələrək, sifarişlər verib və sonra inzibatçıya yaxınlaşaraq salatın içində ilbiz olduğunu bildirib. Rolanin etirazından sonra ona yeməyin dəyişdirilməsi təklif olunub.
Lakin o, bununla razılaşmayıb. Bu faktı etiraf etdilər, lakin sonra qeyd etdilər ki, müştəri salatı aldığı anda onun içindən ilbiz çıxmağı sıfıra bərabərdir.
Arqumentləri isə belədir ki, ola bilsin, ilbiz Rolanın özündən düşüb və yaxud o bağdan gəlirmiş, ona görə də üstündən düşüb. Digər bir ehtimalları isə, guya, Rolan, qəsdən ilbizi salatın içinə atıb. Yəni, belə gülməli arqumentlər irəli sürdülər. Mən dedim ki, bunu necə qəsdən edə bilər ki, adam hesabı əvvəlcədən ödəyib, yemək alıb. Əgər, hesabı ödəməmək üçün etsəydi, onda qarşı tərəfin iddiasını başa düşmək olardı. Amma fakt budur ki, hesab əvvəlcədən ödənilib”.
Rolan Məmmədovun vəkili işi obyektiv aparmadığına görə, şikayətçi olduqları hakim Azər Paşayevlə bağlı fikirlərini də bölüşdü.
“Bütün məsələlərin protokola qeyd olunmasını hakimdən xahiş etdik. O da qanunauyğun şəkildə deyilənləri yerinə yetirdi. Bu prosesdə də hiss olunurdu ki, hakim obyektiv iş aparır. Yəni, biz tərəfə hansısa bir maneçilik yaratmadı. Hərçənd ki, bundan əvvəl hakim Azər Paşayevin bizə qarşı qərəzli mövqeyini, müəyyən qədər, hiss eləmişdik, ona görə etiraz da təqdim etmişdik. Baxmayaraq ki, etirazımıza hakim tərəfindən baxılmayıb. Amma dünənki iclası hakim obyektiv şəkildə apardı. Görünür, etirazımızın da müəyyən təsiri olub”.
Vəkil onu da bildirdi ki, dünənki prosesdə əhəmiyyətli vəsadətləri təmin olunub: “Mc Donalds”dan videogörüntülər tələb olundu. Qarşı tərəf də onu gətirəcəyini bildirdi. Həmin görüntülərdə Rolan Məmmədovun restorana girişi-çıxışı əks olunub. Əlbəttə ki, salat sifariş etdiyi anlar da təfsilatı ilə kameranın yaddaşına düşüb. Hesab edirəm ki, bu, kimin haqlı və ya haqsız olduğunu üzə çıxaracaq”.
283 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Mc Donalds“ istehlakçının hüquqlarını pozduğunu etiraf etdi

05 Haziran 2014

By
@
backtotop