Lamiyə Quliyevanın işi üzrə təkrar məhkəmə başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olarkən təkrarən cəza alan və orada uşaq dünyaya gətirən Lamiyə Quliyevanın işi üzrə hazırlıq iclası keçirilib.

2003-cü ildə Lamiyə Quliyeva Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Real həbs müddəti 2013-cü ildə başa çatıb. Lakin 2012-ci ildə Quliyeva barəsində yeni hökm – 317.2-ci (cinayət-icra müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddə ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Beləliklə, Quliyevanın ümumi həbs müddəti 15 il yarım təşkil edib.

Apellyasiya şikayətinə Quliyevaya “həddindən artıq sərt cəza verilməsi” ilə bağlı prokurorluğun etirazı ilə baxılır.

Quliyeva məhkəmə zalına uşağı ilə birlikdə gətirilib. O bildirib ki, uşağı “məcburən” dünyaya gətirib.

“15 yaşımdan həbsdəyəm. Cinayət törətmişəm, bunun səbəbi var idi. Yeniyetmə yaşımdan həyatımı pozublar, buna görə bu addımı atmışam”, deyə Quliyeva bildirib.

O deyib ki, prezidentdən, cəmiyyətdən, prokurordan onu bağışlamağı və həbsdən azad etməyi xahiş edir.

Vəkil Mehdiyev Quliyevanın həbsdən azad edilməsi və işə qismi məhkəmə istintaqı ilə baxılması haqqında vəsatət qaldırıb.

Lakin məhkəmə vəsatətləri təmin etməyib və işə mahiyyəti üzrə baxılmasını fevralın 20-nə təyin edib.

Quliyevanın həbsdə uşaq dünyaya gətirməsi faktı ictimailəşdikdən sonra bu işə ictimai diqqət cəlb olunub. KİV-də onun qisas məqsədilə zorlandığı haqqında ehtimallar səslənib. Hüquq-mühafizə orqanları bunu təkzib edirlər, amma nikahda olmayan qadının təcridxanada necə uşaq dünyaya gətirə bildiyini aydın şəkildə izah edə bilmirlər.

Bu işə onun qətlə yetirdiyi Ruslan Aslanovun atası, Şəmkir rayonunun keçmiş icra başçısı, sonradan isə kənd təsərrüfatı nazirinin müavini olan Aslan Aslanov tərəfindən mümkün qisas faktı bu işə fitnə qatır.

333 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Lamiyə Quliyevanın işi üzrə təkrar məhkəmə başlayıb

13 Şubat 2015

By
@
backtotop