Balakəndə məhkəmə zalında törədilən qətl faktı üzrə cinayət işi qaldırılıb

Balakən Rayon Məhkəmə zalında törədilən qətl faktı üzrə cinayət işi başlanıb. Fevralın 4-də məhkəmə iclasında baxılan iş üzrə zərərçəkənlərdən biri Elşən Xipiyev 128-ci maddə (yüngül bədən xəsarətlərinin yetirilməsi) ilə təqsirləndirilən müttəhim Məhəmməd Xanpiriyevə bıçaq zərbəsi endirib.  Çoxsaylı bıçaq yarasından müttəhim rayon mərkəzi xəstəxasında vəfat edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Fakt üzrə rayon prokurorluğu CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırıb. Müvafiq ekspertizalar təyin edilib.

E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

347 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Balakəndə məhkəmə zalında törədilən qətl faktı üzrə cinayət işi qaldırılıb

05 Şubat 2015

By
@
backtotop