İntiqam Əliyev məhkəmənin əməllərinə etiraz əlaməti olaraq ifadə verməkdən imtina edib

İntiqam Əliyevin işi üzrə prosesdə günün ikinci yarısında müdafiə tərəfin yeni vəsatətlərlə çıxış edib.

Vəkil Şəhla Hümbətovanın Turan-a verdiyi məlumata görə, xüsusən, Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın Unibank ASC-dəki hesabına pul köçürülməsi haqqında ödəmə tapşırıqlarında Əliyevin adından atılmış imzaların xətşünaslıq ekspertizasının aparılması haqqında vəsatət irəli sürülüb.

İstintaqın iddiasına görə, pul Ə.Orucovanın hesabına köçürülür, sonradan nağd olaraq İntiqam Əliyevə verilirdi.

Müdafiə tərəfin məlumatına görə, G.Orucovanın başqa QHT-lərdə də mühasib işlədiyini nəzərə alsaq, o, bu təşkilatların vəsaitlərini də bacısının hesabına köçürüb. Bu zaman istintaq yalnız G.Orucovanın ifadələri ilə kifayətlənərək, bankdan onun bacısının hesabına daxilolmalar haqqında məlumat istəməyib.

Müdafiə tərəfi həmçinin Ədliyyə Nazirliyindən qrant müqavilələrinin qeydiyyat reyestri kitabını istəmək barədə vəsatət qaldırıb. Ədliyyə Nazirliyi vəkillərə Əliyevin verdiyi qrantların qeydiyyatı haqqında məlumat verməyib.

Hakim məhkəmə istintaqının hazırki mərhələsində vəsatətləri baxılmamış saxlayıb. O bildirib ki, əlavə dəlillərə ehtiyac yaranarsa, bu vəsatətlərə növbəti istintaq zamanı qayıtmaq olar.

Əliyev buna etiraz edib. O qeyd edib ki, vəsatətləri təmin etməməklə məhkəmə müdafiə tərəfi onun xeyrinə dəlil toplamaq imkanından məhrum edir.

Əliyev bildirib ki, müdafiə tərəfin vəsatətləri təmin edilənə qədər ifadə verməkdən imtina edir.

Növbəti məhkəmə iclası fevralın 17-nə təyin edilib.

345 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İntiqam Əliyev məhkəmənin əməllərinə etiraz əlaməti olaraq ifadə verməkdən imtina edib

03 Şubat 2015

By
@
backtotop