Məlahət Nəsibova: Naxçıvanda nisbi sakitlik deyilən bir şey var

melahet_nesibovaNaxçıvan Azərbaycanın laboratoriyasıdır. Hal-hazırda Bakıda yaşananlar bir neçə il əvvəl Naxçıvanda yaşanıb. Naxçıvanda siyasi məhbuslar olub, siyasi fəaliyyətlə məşğul olanlara, ictimai işlə məşğul olanların ofislərinə hücumlar edilib. Evlərdə axtarış aparılıb, bank hesablarına həbs qoyulub, Naxçıvandan çıxmaq qadağan edilib. Bu barədə Naxçıvan Demokratiya və Qeyri Hökumət Təşkilatlarının İnkişafının Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova Turan-a bildirib.

Onun fikrincə, bu hadisələri Naxçıvanda fəaliyyət göstərən insanlar yaşayıb. Hazırda bunlar Bakıda və digər regionlarda təkrarlanır. “Bu onu göstərir ki, Naxçıvanda nisbi sakitlik deyilən bir şey var. Yəni Naxçıvanda da vəziyyət gərgindir, pərdəarxası ciddi proseslər gedir, Naxçıvanda da sözünü deyən insanlara təzyiqlər var”.

Hüquq müdafiəçisi son zamanlar Naxçıvandan insanların köç etməyə başladığını bildirib. “Bu köç prosesi daha da şiddətlənib”.

O, muxtar respublikada sosial durumdan danışarkən deyib ki, insanların iqtisadi durumu çox aşağı vəziyyətdədir. “Həm də yerli hakimiyyət insanların üzərində o qədər basqı qurub ki, bu səbəbdən də psixoloji durum ağırdır. Bu da insanların həyatına çox böyük təsir göstərir. İndi də insanlar dövlət orqanlarına şikayətlərini çatdıra bilmirlər. Hər an onların evlərini əllərindən ala bilərlər. Hər an onları işdən çıxara bilərlər. İnsanlar basqı altındadırlar”.

M.Nəsibova regionda hələ də korrupsiyaya qarşı mübarizənin ciddi xarakter almadığını bildirib. “ASAN xidmət bizdə yoxdur. Hələ bu xidmət bizim bölgəyə gəlib çıxmayıb. Ancaq korrupsiya ilə bağlı mübarizə əslində yüksək təbəqələrdən başlanılmalıdır. Yüksək dövlət orqanlarından başlanılmalıdır. Bizdə də bu, mümkün deyil. Siyasi iradə olmasa, bunu həyata keçirmək qeyri mümkündür”, deyə o qeyd edib.

304 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məlahət Nəsibova: Naxçıvanda nisbi sakitlik deyilən bir şey var

03 Haziran 2014

By
@
backtotop