İntiqam Əliyevin həbs müddəti üç ay uzadılıb

Bu gün Bakının Nəsimi rayon məhkəməsində prokurorluğun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin həbs müddətinin uzadılması barədə təqdimatına baxılıb.

Vəkil Cavad Cavadlının Turan-a verdiyi məlumata görə, məhkəmə təqdimatı təmin edərək, məşhur hüquqşünas və hüquq müdafiəçisi barəsində həbs qətimkan tədbirini üç ay – 8 fevral 2015-ci il tarixə qədər uzadıb.

Eyni zamanda, müdafiə tərəfin İ.Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov müqabilində sərbəst buraxılma tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edilməyib.

İclasda İ.Əliyevin səhhəti qəfildən pisləşib və şahidlərin sözlərinə görə, o, istintaq təcridxanasına aparılıb.

* İntiqam Əliyev avqustun 8-də vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamları ilə həbs edilib.

346 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İntiqam Əliyevin həbs müddəti üç ay uzadılıb

24 Ekim 2014

By
@
backtotop