E.Məmmədovun işi üzrə prosesdə zərərçəkmişlər və şahidlər qarışıq ifadələr verir

Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu gün Salyan şəhərindən “Demokratiyaya yardım” ictimai təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə proses davam etdirilib.

Məmmədov mayın 13-də saxlanılıb və pul tələb etmək (182.2.2-ci maddə) ittihamı ilə gəbs edilib. Onun həbsi üçün QHT əməkdaşı Tofiq Qasımovun ifadəsi əsas olub.

Vəkil Fariz Namazlının Turan-a verdiyi məlumata görə, bugünki iclasda 6 zərərçəkmiş və 11 şahiddən 9-u  ifadə verib.

Onun sözlərinə görə, cəmi iki zərərçəkmiş –  Salyan rayon  maliyyə departamentinin rəisi və poçt  rəhbəri Məmmədovun onlardan pul tələb etdiyini təsdiq ediblər.

Digər dörd zərərçəkmiş Qasımovun özünü jurnalist kimi təqdim edərək, onlardan pul tələb etdiyini deyiblər.

Qasımov özü Məmmədovun göstərişi ilə hərəkət etdiyini iddia etməyə başlayıb. Baxmayaraq ki, birinci məhkəmə iclasında o, QHT rəhbərinə təzyiq altında böhtan atdığını deyirdi.

Doqquz şahiddən yalnız biri bildirib ki, Məmmədovun rayonun maliyyə departamentinin rəisi Mahir Kərimovla söhbətinin, guya fəalın məmurdan rüşvət tələb etdiyinin şahidi olub.

Daha bir şahid rayonun telekommunikasiya idarəsinin rəisi Faiq Nəcəfzadənin ona Məmmədovun ondan pul tələb etməməsi üçün onunla danışmağı tapşırdığını deyib.

Digər şahidlər Məmmədova qarşı ifadə verməyiblər.

Növbəti proses sentyabrın 9-na təyin edilib.

Yerli hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

277 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

E.Məmmədovun işi üzrə prosesdə zərərçəkmişlər və şahidlər qarışıq ifadələr verir

06 Eylül 2014

By
@
backtotop