Hüquq müdafiəçisinin oğlunun məhkəməsi başlayır

vqustun 29-da Xətai Rayon Məhkəməsində  hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə məhkəmə prosesi başlayacaq.

2014-cü il iyulun 20-də Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlər şöbəsi Ə.Gülalıyevə qarşı CM- nin 221- ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açıb.

Yeniyetmə ötən ilin sentyabrında məktəbdə dava etməkdə ittiham olunur.

Əslində isə ötən il sentyabrın 24-də bir qrup şəxs yeniyetməyə hücum edərək ona bıçaq xəsarəti yetirib. Lakin bu fakt araşdırılmır və buna görə heç kim məsuliyyətinə cəlb olunmayıb.

O.Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, həmçinin Milli Şuranın mətbuat katibidir.

Demokratik ictimaiyyət nümayəndələri əmindir ki, bu cinayət işində məqsəd O.Gülalıyevə təzyiq göstərərək onu ictimai-siyasi və hüquq-müdafiə fəaliyyətindən çəkindirməyə məcbur etməkdir.-

285 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hüquq müdafiəçisinin oğlunun məhkəməsi başlayır

28 Ağustos 2014

By
@
backtotop