Arif Yunus birinci dəfə sovqat alıb

4 avqustdan həbsdə olan politoloq Arif Yunusa Milli Təhlükəsizlik Nazirliyi ilk dəfə olaraq ailənin  dostu Azad İsazadənin sovqat göndərməsinə icazə verib.  İndiyədək A.Yunusa sovqat qəbul edilmirdi.

Bir gün öncə isə Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şuranın bir neçə üzvünün iyulun 30-da həbs edilərək Kürdəxanı istintaq təcridxanasında saxlanan hüquq müdafiəçisi Leyla Yunusa sovqat göndərmək cəhdi nəticəsiz olub.

Təcridxana ərzaq və dərmanların qəbulundan imtina edir və bildirir ki, sovqatı yalnız yaxın qohumlar göndərə bilər. Hansı ki qanunvericilikdə bu  nəzərdə tutulmayıb.

C.Həsənli Leyla Yunus üçün sovqatın qəbul edilməməsinə etiraz edib və bundan sonra da sovqat gətirməkdə davam edəcəyini bildirib.

Arif və Leyla Yunuslar aprelin 29-da Parisə getmək istəyərkən Bakı hava limanında saxlanıb. Yunuslara qarşı dövlətə xəyanət, vergi ödəməkdən yayınma və başqa ittihamlar irəli sürülüb.

309 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Arif Yunus birinci dəfə sovqat alıb

22 Ağustos 2014

By
@
backtotop