Hüquq müdafiəçisi Rəsul Cəfərova dəstək aksiyası

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun  doğum günü ilə bağlı  avqustun 17-də Şəkidə ictimai fəallar flash-mob keçiriblər.

“Azadlıq” radiosunun  məlumatına görə, aksiya Qala divarının yanında, qədim zindanın qarşısında keçirilib. Aksiya zamanı ictimai fəalların əllərində Rəsul Cəfərova Azərbaycan, ingilis və rus dillərində ünvanlanan təbrik müraciətləri olub.

Hüquq müdafiəçisi R. Cəfərov avqustun 2-də həbs istintaqa çağrılıb və elə həmin gün onun barəsində 3 aylıq həbs qərarı verilib. O, vergidən yayınmaqda, səlahiyyət həddini aşmaqda və qanunsuz sahibkarlıqla məşğul olmadaq ittiham olunur.

R. Cəfərov ittihamları rədd edir, həbsini insan hüquqları sahəsindəki fəaliyyəti ilə əlaqələndirir. R Cəfərov avqustda açıqlanan və 97 nəfərin yer aldığı siyasi məhbuslar siyahısının müəlliflərindən biridir.

356 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hüquq müdafiəçisi Rəsul Cəfərova dəstək aksiyası

18 Ağustos 2014

By
@
backtotop