Sumqayıt Apellyasiya Məhkəməsi keçmiş naziri həbsdə saxlayıb

Sumqayıt Apellyasiya Məhkəməsində həbsdə olan sabiq nazir Nicat Quliyevin apellyasiya şikayəti əsasında məhkəmə iclası keçirilib.

Məhkəmədən Turan-a verilən məlumata görə, N.Quliyevin barəsində Abşeron Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, N. Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə 2013-cü il avqustun 7-də tutulub. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

2005-ci ilin oktyabrında N.Quliyev digər yüksək vəzifəli şəxslərlə birgə dövlət çevrilişi etməkdə ittiham olunaraq həbsə alınıb, amma iki həftədən sonra azad edilib

N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

Istintaqin iddialarına görə, N.Quliyevin bağ evində avtomatlar, əl qumbaraları, şəxsi avtomobilində isə tapança tapılıb.

Keçmiş nazirin həbsindən sonra tanınmış kinodramaturq və 2013-cü ildə Azərbaycan prezidentliyinə müxalifətin namizədi Rüstəm İbrahimbəyov N.Quliyevin həbsinin onunla bağlı olduğunu söyləyib. R.İbrahimbəyov “Turan”a müsahibələrinin birində N.Quliyevlə əlaqə saxlaması haqda açıqlama verərək ikili vətəndaşlıq maneəsini aradan qaldırmaq məsələsində ondan hüquqi məsləhətlər aldığını söyləmişdi

306 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Sumqayıt Apellyasiya Məhkəməsi keçmiş naziri həbsdə saxlayıb

13 Ağustos 2014

By
@
backtotop