Mirqədirovun müraciəti təmin edildi

63223
Həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində onun müraciəti təmin edilib.

Jurnalistin vəkil Fuad Ağayevin ANS PRESS-ə verdiyi məlumata görə, məhkəmədə Nəsimi Rayon Məhkəməsi tərəfindən (hakim Babək Pənahov) yol verilmiş pozuntunun aradan qaldırılması və protokolda qeyd olunanların dəqiqləşdirilməsi üçün iş Nəsimi Rayon Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Rauf Mirqədirovun vəkili Nəsimi Rayon Məhkəməsi onların yazılı qeydini nəzərə almadığına görə, işin Apelyasiya Məhkəməsindən geri qaytarılması üçün müraciət etmişdi.

Xatırladaq ki, bu ilin aprel ayında Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs olunmuşdu. O, dövlətə xəyanətdə ittiham olunur.

169 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Mirqədirovun müraciəti təmin edildi

24 Temmuz 2014

By
@
backtotop