Quba dindarlarının işi üzrə məhkəmə başlayır

teleqraf.com1398160780mehkeme
İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb.

Onlar bu ilin yanvar ayında CM-in 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlanılması) maddəsi ilə həbs ediliblər.

Lakin ibtidai istintaqın yekunlarına görə həbs edilənlərə qarşı 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələrlə də ittiham irəli sürülüb.

Həbs edilmiş qardaşların anası Rəhimə Məmmədovanın sözlərinə görə, iş saxtalaşdırılıb. O bildirib ki, bir müddət əvvəl rüşvətxorluğa görə yerli məmurları tənqid edən həyat yoldaşı Heybulla Məmmədov 10 il müddətinə həbs edilib.

Onun sözlərinə görə, Nizami Nəcəfov və Vəfanur Məmmədov əvvəlcə radikal dini qrupa aid olmaqda, sonradan isə qanunsuz silah saxlamaqda ittiham olunublar.

Maraqlıdır ki, Vəfadar Bakıda yaşayırdı və Qubaya atasının işi üzrə məhkəmə prosesinə gəldikdə həbs edilib.

İnsan oğurluğu ittihamına gəlincə, Rəhimə Məmmədovanın sözlərinə görə, o, qardaşı polis əməkdaşı olan rayon sakininin yalançı şahidliyi əsasında qurulub.

297 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Quba dindarlarının işi üzrə məhkəmə başlayır

09 Temmuz 2014

By
@
backtotop