Türkiyə məhkəməsi İntiqam Əliyevin polisə qarşı iddiasını təmin edib

intiqam_eliyev_istanbulMəşhur hüquq müdafiəçisi İntiqam Əliyev Türkiyə məhkəməsində həqiqətə nail ola bilib, məhkəmə onun 2011-ci il dekabrın 7-də İstanbulun “Atatürk” hava limanında onu qanunsuz olaraq həbs etmiş polisə qarşı iddiasını təmin edib.

Türkiyənin radical.com.tr saytının məlumatına görə, məhkəmə Əliyevin saxlanılmasının, ona qarşı zorakılıq tətbiq edilməsinin və  1 il müddətinə Türkiyəyə daxil olmasının qadağan edilməsinin əsassız olduğu barədə qərar qəbul edib. Məhkəmə ona mənəvi təzminat olaraq 7,5 min lirə və maddi təzminat olaraq 600 lirə ödənilməsinə qərar verib.

Xatırladaq ki, insidentin səbəbi Əliyevin pasportunu əlindən düşürən polisin nəzakətsiz davranışı olub. Sənədlə hörmətlə davranmaq iradına cavabda polis kobudluq edib, daha sonra isə Əliyevi həbs edib.

Hüquq müdafiəçisinin özbaşınalığa son qoymaq tələbinə cavab olaraq ona qarşı Türkiyə CM-in 106.1, 125.3a və 265.1-ci maddələri ilə (məmuru hədələmə, təhqir etmə və səlahiyyətlərini pozma) cinayət işi açılıb.

İ.Əliyevin vəkili cavab iddiası verib və işi qazanmağa müvəffəq olub.

Hüquq müdafiəçisinin özündən şərh almaq mümkün olmayıb.

288 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Türkiyə məhkəməsi İntiqam Əliyevin polisə qarşı iddiasını təmin edib

10 Haziran 2014

By
@
backtotop