Əhməd Şahidov Ulusal Kanal Televiziyasında Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini şərh edib

Türkiyə və Azərbaycan silahlı qüvvələri Azərbaycanda genişmiqyaslı birgə hərbi təlimlərə start veriblər. Türkiyə və Azərbaycan hərbi hava və quru qoşunları birgə təlimlərə qatılıblar.

Hava qüvvələrinin manevri bugün başlayıb və Avqustun 10-da başa çatacaq. İki ölkənin hərbi təyyarələrinin də daxil olduğu manevrlər Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində həyata keçiriləcək.

Quru qoşunlarının təlimləri 1-5 Avqust tarixlərində Bakı və Naxçıvanda keçiriləcək. Təlim zamanı müxtəlif döyüş tapşırıqları yerinə yetiriləcək və zirehli texnikalardan, toplar və mina atanlardan istifadə olunaraq, şərti düşmən hədəflərinə atəş açılacaq.

Türk əsgərləri Naxçıvan Muxtar Respublikasının Sədərək sərhəd qapısında Araz çayı üzərindəki Ümid körpüsündə xüsusi mərasimlə qarşılanıb.

Mərasimdə Türkiyənin İstiqlal Marşı və Azərbaycan Dövlət Himni səsləndirilib və bayraqlar dəyişdirilib. Mərasimdən sonra əsgərlər Naxçıvandakı hərbi hissələrə yerləşdirilib.

Türkiyə və Azərbaycan döyüş təyyarələrinin də daxil olduğu manevrlər Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda davam etdiriləcək və Avqustun 10-da başa çatacaq.

Türkiyənin Ulusal Kanal Televiziyasına Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini şərh edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov “Ana Xəbərlər” proqramının aparıcısı Seda Anıkın suallarını cavablandırıb və iki ölkənin bölgədəki ortaq hərbi təlimlərinin regionda sabitliyə mane olan Ermənistana açıq bir mesaj olduğunu qeyd edib.

135 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Ulusal Kanal Televiziyasında Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini şərh edib

30 Temmuz 2020

By
@
backtotop