Baş redaktora qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb

zabil_muqabilogluGunxeber.com saytının baş redaktoru Zabil Müqabiloğlu xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (böhtan atma)  məhkəməyə verilib. Bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun adından Gunxeber.com-un email ünvanına məktub daxil olub. Ancaq məktubda məhkəməyə kimin müraciət etdiyi göstərilməyib.
Məhkəməyə müraciətimizdən sonra məlum olub ki, iddianın müəllifi İmişli rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirovdur. İdarə müdiri baş redaktoru məhkəməyə 2014-cü il 30 may tarixində Gunxeber.com-da gedən “Vilyam Hacıyevin attestasiya rüşvəti” başlıqlı yazıya görə verib.
Həmin yazıda İmişlidən daxil olan məlumat əsasında bildirilir ki, rayon mədəniyyət və turizm idarəsində attestasiya keçirilir, amma Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi attestasiya prosesində iştirak etmir. Məqalədə bildirilirdi ki, attestasiyadan keçirilmək üçün işçilərdən rüşvət tələb olunur və idarə müdiri bunu icra başçısı Vilyam Hacıyevin tapşırığı ilə edir.
Sayt yazıda qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirib. Qarşı tərəfdən isə heç bir etiraz bildirilməyib və təkzib verilməyib. Gunxeber.com-un əldə etdiyi məlumata görə, S.Bəşirov bu iddianı V.Hacıyevin tapşırığı ilə qaldırıb.
334 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Baş redaktora qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb

05 Haziran 2014

By
@
backtotop