“Bələdiyyə seçkiləri öncəsi bir sıra qanun pozuntuları qeydə alınıb” – ADİHİ

23 Dekabr 2014-cü il tarixində Azərbaycan Respublikası əraizisində yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə növbəti seçkilər keçiriləcək. 

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu seçkilərə bir-neçə gün qalmış mövcud şərtləri nəzərdən keçirərək, seçki öncəsi vəziyyəti dəyərləndirmişdir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu bəyan edir ki, 30 Noyabr 2014-cü il tarixindən etibarən ölkə ərazisində seçki təbliğatına start verilməsinə baxmayaraq, paytaxt da daxil olmaqla, iri şəhərlərdə, rayon, kənd və qəsəbələrdə aktiv seçki təbliğatı müşahidə olunmur və bu, seçki günü seçici fəallığının aşağı səviyyədə olacağını deməyə əsas verir. Bələdiyyə seçkiləri üçün nəzərdə tutulmuş 15035 yer üçün hakim partiyanın 13405 nəfər namizədi qeydə alınıb, seçkilərdə iştirak edən digər 8 partiyanın qeydə alınmış namizədlərinin sayı isə qat-qat azdır. Bu, seçkilərdə siyasi partiyalar arasındakı balansın pozulmasına səbəb olur.

Seçkilərə hazırlıq dövründə müşahidə olunmuş bəzi qanun pozuntuları qeydə alınmışdır ki, bu da Azərbaycanın 2001-ci il dekabrın 25-də qoşulduğu “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nın prinsiplərinə ziddir:

  • Bir çox rayonlarda namizədlərin qeydə alınmasında süni əngəllər yaradılıb;
  • Namizədlərin qeydə alınması prosesi zamanı vətəndaşların siyasi baxışlarına görə ayrı-seçkilik edilməsi halları baş verib;
  • Yerli icra orqanları namizədliyi qeydə alınmış şəxslərə, onların ailəsinə və yaxınlarına təzyiqlər edərək, namizədliyini geri götürmələrini tələb edirlər;
  • Bəzi seçki dairələrində namizədliyini irəli sürmüş şəxslərdən qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb olunub;
  • Namizədlərin qeydə alınması prosesində müxtəlif bürokratik əngəllər yaradılıb və bu prosesdə seçki dairələri və yerli icra strukturlarının birgə fəaliyyəti müşahidə olunub ki, bu da hər bir vətəndaşın seçkidə iştirak etmək hüququnu pozub;
  • Seçki öncəsi Mərkəzi Seçki Komissiyasına daxil olan şikayət ərizələri vaxtında araşdırılmır və vətəndaşların ictimai-siyasi baxışlarına görə, şikayətlərin araşdırılması prosesi süni olaraq yubadılır;
  • Əsasən hakim siyasi partiyanın üzvlərinin seçki təbliğatı daha çox üstünlük təşkil edir ki, bu da namizədlər arasındakı balansı pozur;
  • Namizədliyi qeydə alınmış bəzi şəxslər digər namizədlərə şirnikləndirici təkliflər edərək, onların namizədliyini öz xeyirlərinə geri götürməsinə çalışır;
  • Yerli mətbuatda, televiziya, radio və qəzetlərdə, habelə internet mediada 23 Dekabr seçkiləri ilə bağlı təbliğat prosesi çox aşağı səviyyədə aparılır;
  • Hakim siyasi partiya nümayəndələri istisna olmaqla, namizədliyi qeydə alınmış digər şəxslərə qanunla nəzərdə tutulmuş pulsuz efir vaxtı verilməyib.

ADİHİ bəyan edir ki, yuxarıda sadalanan bu hallar 23 Dekabr bələdiyyə seçkilərinin şəffaf, demokratik və düzgün keçirilməsi üçün maneələrdir və bu, Azərbaycanın əldə etdiyi demokratik seçki təcrübəsinə ciddi kölgə salmaqdadır.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu
17 Dekabr 2014-cü il, Bakı şəhəri, Azərbaycan Respublikası

284 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Bələdiyyə seçkiləri öncəsi bir sıra qanun pozuntuları qeydə alınıb” – ADİHİ

16 Aralık 2014

By
@
backtotop