“FETÖ bir beynəlxalq terror təşkilatıdır” – Əhməd Şahidov ATƏT-də Türkiyənin müdafiəsinə qalxdı

Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sentyabrın 19-da “Humanitar məsələlər və öhdəliklər: insan alverinə qarşı mübarizə, qaçqın və məcburi köçkünlər”mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovdünyadakı qaçqın böhranı barədə danışıb və bütün dünyanı əhatə edən bu problemə qarşı birgə mübarizənin vacibliyini qeyd edib: “Bugün dünyada 68 milyon qaçqın və məcburi köçkün var. Dünyanın hər bir ölkəsində, şəhərində və kəndində qaçqınlara rast gəlmək mümkündür. Bu, qlobal bir problemdir və hamılıqla buna qarşı mübarizə aparmalıyıq. Heç kim təminat verə bilməz ki, sabah Norveç, İsveç, Estoniya, Latviya, Litva və ya Polşada yeni müharibə başlamayacaq və bu ölkələrin əhalisi öz evlərini tərk etmək məcburiyyətində qalmayacaq. Ona görə də, burada əyləşən hər kəs bu məsələyə həssas yanaşmalıdır”.

Özündən əvvəl çıxış edən bir-neçə əcnəbi təşkilat nümayəndələrinin Türkiyənin ünvanına sərt tənqidlərinə cavab olaraq, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, bugün Türkiyə dünyada ən çox qaçqın və məcburi köçkünə ev sahibliyi edən bir ölkədir: “Burada Türkiyənin ünvanına bəzi əsassız tənqidlər səsləndirildi. Bildirmək istəyirəm ki, Avropada qaçqın problemi ilə bağlı sadəcə danışırlar, lakin ciddi bir addım atılmır. Türkiyə isə öz ərazisində 3,5 milyon qaçqını saxlayan bir ölkədir. Bugün Türkiyəyə dəstək olmaq əvəzinə, onu tənqid etmək qərəzli siyasətin nəticəsidir. Burada Türkiyənin rəsmi təmsilçisi iştirak etmir. Amma bu, o demək deyil ki, rəsmi Ankaranın ünvanına böhtanlar yağdıra bilərsiz. FETÖ və digər beynəlxalq terror təşkilatlarının nümayəndələri burada Türkiyəyə qarşı açıq savaş açıblar və bəzi Avropa ölkələri də buna dəstək verir. Bu siyasətə son qoymaq lazımdır”.

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

305 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“FETÖ bir beynəlxalq terror təşkilatıdır” – Əhməd Şahidov ATƏT-də Türkiyənin müdafiəsinə qalxdı

19 Eylül 2018

By
@
backtotop