USAİD VƏ ATƏT Azərbaycanda insan alverinə qarşı mübarizəni dəstəkləmək üzrə bəyannamə imzalayıblar

Noyabrın 20-də Bakıda Four Seasons hotelindəABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT Bakı Layihə Əlaqələndiricisi Azərbaycanda insan alverinə qarşı  mübarizə sahəsində əməkdaşlıq etmək və bu mübarizəni dəstəkləmək məqsədi ilə bəyannamə imzalayıb. Sənədi ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şahtahtinski imzalayıb.

Qrant layihəsi üç il ərzində həyata keçiriləcək.

Sənəddə deyilir ki, görüləcək işlərin əsas məqsədi insan alveri üzrə ictimai maarifləndirməni artırmaq, habelə insan alveri və məcburi əməyin qurbanları olan qadın, kişi və uşaqlar üçün nəzərdə tutulmuş sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki yardım və maliyyə köməkliyi göstərməkdir. Bundan başqa layihədə “dəyirmi masa” müzakirələrinin təşkili və hökumət üçün tövsiyələrin hazırlanması yolu ilə insan alverinin bütün formalarının qarşısının alınması sahəsində çoxtərəfli əlaqələndirmə və əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Derek Hoqan bildirib ki, imzalanan bəyannamə ABŞ-ın  USAİD vasitəsi ilə Azərbaycandakı tərəfdaşlarına insan alverinə qarşı mübarizə sahəsində köməklik göstərməkdə qərarlı olduğunu göstərir. “Azərbaycan hökuməti insan alverinin qarşısını almaq üçün konkret tədbirlər görüb. Bura insan alveri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə müvafiq işçilərə təlimlərin keçirilməsi  daxildir. Həmçinin Azərbaycan hökuməti insan alveri qurbanlarının mühafizəsi sahəsində irəliləyişlərə nail olub. Eyni zamanda məhdud imkanlara baxmayaraq, vətəndaş cəmiyyəti təşkilatları da qurbanlara yardım göstərməkdə davam edir”, – o vurğulayıb.

O hesab edir ki, ABŞ hökuməti və ATƏT insan alveri ilə mübarizədə Azərbaycana dəstək göstərmək üçün birgə uğurla işləyib.

“Biz 842 insan alveri qurbanına və ehtiyacı olan şəxslərə yardım göstərmiş QHT-lərin idarə etdiyi üç sığınacağa birgə dəstək göstərmişik. Biz həmçinin insan alveri qurbanlarının müəyyən olunması və onların müvafiq yardıma yönəldilməsi üzrə ən qabaqcıl təcrübəyə dair təlimlər keçmişik, habelə insan alveri sahəsində yeni istiqamətlərə dair müxtəlif tərəflərin müzakirələrini təşkil etmişik”, – Hoqan bildirib.

ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtahtinski deyib ki, layihə Azərbaycan hökuməti tərəfindən 2014-cü ilin iyun ayında təsdiq olunub və müasir köləliyin bu formasının 21-ci əsrdə yer almaması üçün səylərin birləşdirmək üçün çox vacibdir.

DİN Bas İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev isə öz növbəsində bildirib ki, DİN-in insan alverinə qarşı mübarizə üzrə strukturunun yaradılması və kadrlara təlimlərin keçirilməsində, kadr seçimində ABŞ və ATƏT yardım edib. Yeni fəaliyyət proqramında da ABŞ və ATƏT-in təklifləri nəzərə alınıb. Fəaliyyət proqramının icrasına 29 dövlət qurumu və 45 QHT cəlb olunub.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə 8 tövsiyəsinin yerinə yetirilməsi başa çatmaq üzrədir.

DİN   Baş İnsan Alverinə Qarşı Mübarizə İdarəsi  ATƏT və ABŞ səfirliyi ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.

313 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

USAİD VƏ ATƏT Azərbaycanda insan alverinə qarşı mübarizəni dəstəkləmək üzrə bəyannamə imzalayıblar

20 Kasım 2014

By
@
backtotop