Ermənilər Kəlbəcər “partizanlarını” məhkəməyə verməyə hazırlaşır

Oktyabrın 27-də Xankəndi məhkəməsində Kəlbəcər rayonunda saxlanılmış iki Azərbaycan vətəndaşı – Şahbaz Quliyev və Dilqəm Əsgərovun işi üzrə məhkəmənin birinci iclası keçiriləcək.

Maraqlıdır ki, məhkəmə Parisdə İlham Əliyevin Serj Sarkisyanla görüşünün keçiriləcəyi gün başlayır.

İyulda Quliyev, Əsgərov və Həsən Həsənov 1993-cü ilin aprelindən ermənilərin nəzarəti altında olan Kəlbəcər ərazisinə keçiblər. Onlar hamısı bu rayondan qaçqın düşüblər və doğma yerlərinə baş çəkmək istəyiblər. Ermənilər onları görüb və atəş açılması nəticəsində Həsənov qətlə yetirilib, digər iki şəxs əsir düşüb.

Ermənilərin versiyasına görə, kəlbəcərlilər diversiyaçıdır, onlar erməni zabitini, 17 yaşlı yeniyetməni öldürüblər və bir qadını yaralayıblar.

Erməni KİV-lərinin məlumatına görə, Şahbaz Quliyevə və Dilqəm Əsgərova qarşı qətl ittihamı irəli sürülüb və onlar sərt cəza ala bilərlər.

Azərbaycan tərəfi Quliyevin və Əsgərovun azad edilməsini tələb edir və hətta onları bir neçə il əvəl Azərbaycandan sığınacaq istəmiş erməni ailəsi ilə dəyişməyi təklif edib.

311 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ermənilər Kəlbəcər “partizanlarını” məhkəməyə verməyə hazırlaşır

19 Ekim 2014

By
@
backtotop