ATƏT MQ-nin həmsədrləri səfərin yekunları haqqında

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərin yekunları haqqında məlumatla çıxış ediblər.

Rusiya və Fransalı həmsədrlər İqor Popov və Pyer Andrie ölkə liderləri ilə görüşmək və ATƏT-in monitorinqində iştirak etmək üçün regiona səfər ediblər. Həmsədrləri ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik müşaiyət edib.

Amerikalı həmsədr Ceyms Uorlik şəxsi səbəblərdən səfərdə iştirak edə bilməyib və onun yerinə Amerikalı həmsədrin köməkçisi Devid Salvo iştirak edib, deyə press-relizdə bildirilir.

Həmsədrlər Bakıda prezident İlham Əliyevlə, Yerevanda prezident Serj Sarkisyanla görüşüblər. Müzakirə mövzusu oktyabrın sonunda Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin Fransa prezidenti Frans Ollandın vasitəçiliyi ilə keçiriləcək görüşü olub. Görüşün oktyabrın 27-də Parisdə keçirilməsi planlaşdırılır, deyə məlumatda qeyd edilir.

279 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT MQ-nin həmsədrləri səfərin yekunları haqqında

19 Ekim 2014

By
@
backtotop