Jurnalist Aynurə İmranova Baş Prokurorluqda dindirilib

aynur_imranovaCümə axşamı jurnalist Aynurə İmranova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.

BBC Azərbaycancaya danışan jurnalist İmranova deyib ki, prokurorluğun müstəntiqi ondan fəaliyyəti ilə bağlı iki saata yaxın ifadəsini alıb.

“Məndən danışmayacağımla bağlı iltizam alıblar. Amma ümumən suallar əsasən mənim fəaliyyətimə, bu günə qədər işlədiyim layihələr, sifarişlə araşdırma yazıları, onlara görə aldığım qonorarın vergisin ödəyib-ödəməməklə bağlı oldu”.

Mayın 23-də Baş Prokurorluq Azərbaycanda bir sıra yerli və xarici qeyri-hökümət təşkilatlarının fəalliyyətlərində “aşkar edilmiş qanun pozuntuları” ilə bağlı cinayət işi qaldırıb.

O zaman Aynurə İmranova BBC Azərbaycancaya onun bank hesabına “həbs qoyulması” haqda 19 may tarixli “qərarın” sürətini gördüyünü bildirib.

Sənəddə deyilir ki, Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri üzrə aparılan təhqiqat “Danimarka Krallığında mənzillənən International Media Support (IMS) təşkilatından Aynurə İmranovanın hesabına 13 may, 2014-cü ildə 1683 avro məbləğində pul köçürülüb”. Lakin bu məbləğ cinayət predmeti hesab olunur.

Aynurə İmranova Apellyasiya Məhkəməsinə kassasiya şikayəti etsə də, mayın 26-da keçirilən prosesdə onun iddiasını təmin olunmayıb.

Yerli mediaya müsahibəsində jurnalist məhkəməyə gələn prokurorluq əməkdaşlarının onu ifadəsini almaq üçün İstintaq İdarəsinə dəvət etdiyini bildirib.

İMS təşkilatının Azərbaycandakı nümayəndəsi Gülnarə Axundova mayın 23-də BBC Azərbaycancaya deyib ki, təşkilat barədə cinayət işinin qaldırılması haqqında rəsmi məlumat almayıb, xəbəri yerli mediada oxuyub.

“Xəbəri oxuyan kimi Aynurə İmranovadan məhkəmə qərarının surətini aldıq və gördük ki, bir neçə QHT, o cümlədən bizim təşkilat barədə cinayət işi qaldırılıb”.

Aynurə İmranova sözügedən qrantı “Rusiya ilə bağlı bir araşdırma üçün” aldığını və “Azərbaycana heç bir aidiyyatı olmadığını” deyib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov BBC Azərbaycancaya deyib ki, vətəndaş cəmiyyəti İmranovanın əmlakına qoyulan qadağa qərarından sonra bir necə yerli və xarici QHT-lərə qarşı cinayət işinin başladılması barədə informasiya əldə edə bilib.

“Vətəndaş cəmiyyətinin heç bir xəbəri olmadan cinayət işləri başlanıb. Bu o deməkdir ki, hakimiyyət bizə dırnaqarası böyük surprizlər hazırlayır”, Hüseynov qeyd edib.

247 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Jurnalist Aynurə İmranova Baş Prokurorluqda dindirilib

30 Mayıs 2014

By
@
backtotop