Əhməd Şahidov Gəncədə keçirilən “Sosial Media Məktəbi”ndə gənclər qarşısında çıxış edib

Fevralın 13-də Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Sosial Media Məktəbi” layihəsinin açılış mərasimi keçirilib.

“Sosial Media Məktəbi” layihəsinin açılış mərasimində YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, təlimçilər və gənclər iştirak ediblər.

Gəncə şəhərində 13-14 Fevral tarixlərində baş tutan təlimlərə 400-ə yaxın gənc qatılıb. İki gündə 4 təlimin keçiriləcəyi media layihəsinin məqsədi gənclərə yeni media bilikləri aşılamaq, onun bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar, sosial mediadan effektiv istifadə qaydaları öyrətmək, bununla yanaşı gənclərin sosial media sahəsində inkişafına töhfə verməkdir.

“Sosial Media Məktəbi”ndə gənclər qarşısında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov sosial media və internetin gənclərin formalaşmasında və şəxsiyyət kimi yetişməsində rolu barədə danışıb. Sosial medianın müasir qloballaşan dünyada ciddi platformaya çevrildiyini diqqətə çatdıran Əhməd Şahidov gənclərin bu imkanlardan maksimum yararlanmasının və öz gələcək həyat və yaradıcılığında sosial mediaya geniş yer verilməsinin zəruriliyindən söz açıb.

Sosial medianın fərdi inkişaf üçün hədsiz imkanlara malik olduğunu deyən natiq cəmiyyətin və dövlətin maraqlarının təmin olunmasında da sosial medianın geniş imkanlar açdığını bildirib. İnformasiya savaşının bugün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın tale yüklü məsələlərində internet şəbəkəsinin paralel cəbhə olduğunu və bu cəbhədə məhz gənclərin önəmli mövqe tutduqlarını xüsusi vurğulayıb.

Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin çatdırılması zamanı sosial medianın imkanlarından yararlanaraq, daha effektiv nəticələr əldə olunmasının yolları barədə şəxsi təcrübəsini bölüşən ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycanın son illər informasiya və təbliğat savaşında Ermənistanı qabaqladığını və dünyadakı mövcud ikili standartlar fonunda Azərbaycan həqiqətlərinin çatdırılmasının mümkünlüyünü də önə çəkib.

340 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Gəncədə keçirilən “Sosial Media Məktəbi”ndə gənclər qarşısında çıxış edib

13 Şubat 2017

By
@
backtotop