Gənc fəal barəsində cinayət işi açıldı

orxan_eyyubzadeOrxan Əyyubzadə haqqında 1 aylıq həbs-qətimkan tədbiri seçildi; o, həbsini qanunsuz hesab edir

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə NİDA-çılara oxunan hökmə etiraz etdiklərinə görə həbs edilən fəallardan Orxan Əyyubzadə haqqında cinayət işi açılıb. Musavat.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə gənc fəal barəsində 1 aylıq həbs-qətimkan tədbiri seçilib. Orxan Əyyubzadə CM-nin 315.1 maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Orxan Əyyubzadə mayın 6-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alıb. Dünən cəza müddəti bitən gənc fəal azadlığa buraxılmayıb, Binəqədi Rayon Məhkəməsinə gətirilərək, barəsində cinayət işi açıldığı bildirilib. Vəkili olmadığına görə, Orxan Əyyubzadə hər hansı bir izahat verməkdən imtina edib. Nəticədə məhkəmə bu günə təxirə salınıb.
Orxan Əyyubzadə dünən məhkəməyə gətirilən zaman mobil telefon vasitəsilə bizə göndərdiyi səs yazısında bunları deyib: “…Heç kəs narahat olmasın. Kədərlənməyə də dəyməz. Mübarizəmiz dünən başlayıb, bu gün və sabah davam edəcək. Gənclərə məsləhətim odur ki, hər zaman haqqın gözünə dik baxın və həyatda şərəfli yaşamağı hər şeydən üstün tutun. Mənim üçün Azərbaycandakı azadlıqla həbsxana həyatının heç bir fərqi yoxdur. Çünki Azərbaycandakı azad hesab etdiyimiz həyat belə, həbsxanadan fərqlənmir. İnşallah, qismət olsa , azadlıqda görüşərik. Müvəqqəti olaraq, əlvida deyirəm, azadlıqsevər insanlar!”.
Valideynləri dünəndən etibarən gənc fəalın həbsdən azad olunacağına ümid etdiklərinə görə, proses barədə məlumat yaymayıblar. Onlar Ukrayna səfirliyinə və dövlətinə müraciət edəcəklərini də bildiriblər.
Orxan Əyyubzadə hazırda Ukraynada təhsil alır.
Vəkil Əsabəli Mustafayev də həbsin siyasi sifariş olduğunu bildirdi: “  İstintaq sənədlərinə baxanda insanı dəhşət bürüyür. Heç bir sübut yoxdur. 19 yaşlı gəncin həyatı üzərində oyun oynayırlar. İnsafı olan hər kəs bu qərarı verməzdi. 3 gün ərzində apelyasiya şikayətimizi verəcəyik. Apelyasiya hökmü qüvvədə saxlasa, Avropa Məhkəməsinə qədər gedəcəyik”.
Cavanşir ABBASLI,
Fotolar müəllifindir
168 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Gənc fəal barəsində cinayət işi açıldı

30 Mayıs 2014

By
@
backtotop